Klassik musiqi

Klassik musiqi — klassik musiqi o əsərlərə deyilir ki, həmin əsərlər artıq tarix olub, zamanın sınağından çıxıb. Buna baxmayaraq, hələ də müasir cəmiyyətdə auditoriyasını qoruyub saxlayıb, sevilir və dinlənilir.

Klassik musiqinin məşhur bəstəkarları (soldan sağa): yuxarı sıra — Antonio Vivaldi, İohann Sebastyan Bax, Georq Fridrix Hendel, Volfqanq Amadey Motsart; ikinci sıraCoakkino Rossini, Feliks Mendelson Bartoldi, Frederik Şopen, Rixard Vaqner, Cüzeppe Verdi; üçüncü sıra — İohann Ştrauss, Yohans Brams, Jorj Bize, Pyotr Çaykovski, Antonin Dvorjak; aşağı sırada — Edvard Qriq, Eduard Elqar, Sergey Raxmaninov, Corc Gerşvin, Aram Xaçaturyan.

Klassik musiqi incəsənətin bir növü olub Qərb ənənələrinə söykənir. Bu XI əsrdən bu günə qədər böyük bir dövrü əhatə edir. Bu ənənənin mərkəzi normaları ümumi təcrübə dövrü kimi sayılan 1550 və 1900-cü illəri bir-birinə bağlayır. Klassik musiqinin böyük vaxt bölmələri erkən musiqi dövrü sayılır. Buna daxildir- Medival və Renesans; Barokko və Romantik; Klassik; və XX əsrdən müasir dövrə qədər olan dövr.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search